...

Ağdamda 55 yaşlı kişi qarğıdalı yığarkən qəfil öldü

Gündəm Materials 6 İyul 2019 18:01 (UTC +04:00)
Ağdam rayon sakini əkin sahəsində qəfil keçinib.
Ağdamda 55 yaşlı kişi qarğıdalı yığarkən qəfil öldü

Bakı. Samir Əli - Trend:

Ağdam rayon sakini əkin sahəsində qəfil keçinib.

Trend-in məlumatına görə, hadisə rayonun Quzanlı kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Mehdiyev Sərxan Əliş oğlu axşam saatlarında sahəyə qarğıdalı yığmağa gedib.

Bir müddətdən sonra S.Mehdiyev sahədə qəfil dünyasını dəyişib.

Mərhumun meyiti gecə saatlarında oğlu tərəfindən qarğıdalı sahəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti