...

Bakıda avtobusun iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI (FOTO)

Gündəm Materials 2 Avqust 2019 13:25 (UTC +04:00)
Bir qədər əvvəl Bakıda R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Bakıda avtobusun iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bir qədər əvvəl Bakıda R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən OPEL markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti