...

Yevda Abramov dəfn edilib (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 8 Dekabr 2019 13:45 (UTC +04:00)
Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb
Yevda Abramov dəfn edilib (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 11:49-da yayımlanıb

Bakı. Trend:

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

Trend-in məlumatına görə, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

XXX

11:49

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib.

Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti