...

Bakıda azyaşlılarla bağlı təcili yardıma müraciətlər artıb

Gündəm Materials 28 Dekabr 2019 14:14 (UTC +04:00)
2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726 693 ümumi müraciət daxil olub
Bakıda azyaşlılarla bağlı təcili yardıma müraciətlər artıb

Bakı. Samir Əli - Trend:

2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726 693 ümumi müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müraciətlərdən 66 600-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 80 000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13 200 olub ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti