...

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

Gündəm Materials 14 Yanvar 2020 18:05 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.
Gürcüstan-Azərbaycan sərhədində insident baş verib

Bakı. Trend:

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Trend-in Gürcüstan Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.

Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti