...

DTX dövlət qulluqçularını təbrik etdi

Gündəm Materials 23 İyun 2020 13:10 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidməti 23 iyun - Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı günü münasibətilə dövlət qulluqçularını təbrik edib.
DTX dövlət qulluqçularını təbrik etdi

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidməti 23 iyun - Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı günü münasibətilə dövlət qulluqçularını təbrik edib.

Trend-in məlumatına görə, bu barədə DTX-nın facebook səhifəsində məlumat yerləşdirilib: "Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının dövlət qulluqçularını təbrik edir, doğma Vətənin davamlı inkişafı və daha da qüdrətlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti