...

Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi (FOTO)

Gündəm Materials 6 İyul 2020 17:27 (UTC +04:00)
Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi (FOTO)

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti