...

Texas ştatında ermənilərin faşist əməllərinə etiraz səsi ucaldılıb (FOTO)

Gündəm Materials 23 İyul 2020 17:13 (UTC +04:00)
Texas ştatında ermənilərin faşist əməllərinə etiraz səsi ucaldılıb (FOTO)

Bakı. Trend:

İyulun 22-də Texaş ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlara, işğalçılıq siyasətini davam etdirməsinə, soydaşlarımıza münasibətdə sərgilənən erməni barbarlığına və vəhşiliyinə qarşı etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət komitəsindən Trend-ə bildirilib ki, Azərbaycan–Amerika Mədəniyyət Alyansının təşkilatçılığı və "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" tələbi ilə gerçəkləşdirilən rallidə 100-ə yaxın avtomobil iştirak edib. Üzərinə Azərbaycan və ABŞ-ın dövlət bayraqlarının, "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağ Azərbaycandır!" şüarlarının həkk olunduğu avtomobillərlə 2 saatdan artıq müddət ərzində ştatın Şuqar Lənd (Sugar Land), Keti (Katy), Memorial və Hyuston şəhərlərinin küçələrində hərəkət edən həmvətənlərimiz, texaslıların diqqətini Qarabağ həqiqətlərinə və erməni vəhşiliyinə cəlb edib.

Avtomobil yürüşünün sonunda şəhərin mərkəzində bir araya gələn soydaşlarımız Azərbaycanın dövlət himnini ifa ediblər. “Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!", " Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Erməni vəhşiliyinə son qoyulsun!" kimi şüarlar səsləndirən soydaşlarımız ölkəmizə, xalqımıza, ordumuza və bu günlərdə müxtəlif xarici ölkələrdə ermənilərin faşist əməllərinə qarşı səslərini ucaldan soydaşlarımıza dəstəklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti