...

Şəmkirçay su anbarında 2 nəfər qayıqda köməksiz qalıb

Gündəm Materials 7 Avqust 2020 10:49 (UTC +04:00)
Şəmkirçay su anbarında 2 nəfər qayıqda köməksiz qalıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti