...

Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır

Gündəm Materials 24 Noyabr 2020 15:58 (UTC +04:00)
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Qubadlı rayon Məşğulluq Mərkəzinin sabiq rəisi Cəfər Ağayevin cinayət işi üzrə istintaq başa çatıb.

Trend-in məlumatına görə, mərkəz rəhbərinin işi Sumqayıt şəhər məhkəməsinə göndərilib. İşə hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılacaq. Hələlik məhkəmənnin ilkin baxış iclasının vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, Qubadlı rayon Məşğulluq Mərkəzinin sabiq rəhbəri C. Ağayevə qarşı Cinayət Məcəlləsinin 308.1 - (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti