...

Polisin əmrinə tabe olmayan "Kamaz" sürücülərə belə təhlükə törətdi (FOTO/VİDEO)

Gündəm Materials 21 Dekabr 2020 09:41 (UTC +04:00)
Polisin əmrinə tabe olmayan "Kamaz" sürücülərə belə təhlükə törətdi (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda yüklə dolu "Kamaz" polisin qanuni tələblərinə tabe olmayıb.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində baş verib.

Daxili İşlər Nazirliyinin post-patrul xidməti yolda avtomobillərin hərəkətinə mane olan "Kamaz" markalı avtomobilə "saxla!" əmri versə də, yük avtombilinin sürücüsü əmrə tabe olmayıb.

Sürücü qarşı yola keçərək növbəti dəfə avtomobillər üçün real təhlükə yaratmaqla ərazidən uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti