...

Ermənilər məğlubiyyətlərini qəbul edə bilmirdilər, bizə işgəncə verərək qisas almaq istəyirdilər - Keçmiş əsir

Gündəm Materials 7 Yanvar 2021 14:35 (UTC +04:00)
Ermənilər məğlubiyyətlərini qəbul edə bilmirdilər, bizə işgəncə verərək qisas almaq istəyirdilər - Keçmiş əsir

Bakı. Samir Əli - Trend:

Mən döyüşlərdə yaralandım, çıxa bilmədim. Bir gün sonra ermənilər məni əsir götürdü.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Amin Musayev deyib.

O bildirib ki, ermənilərə əsir düşərkən özünü öldürmək istəyib: "Mən onları aşağıdan görürdüm. Amma məni arxadan tutdular, sürüyə-sürüyə yamacdan aşağı gətirdilər. Maşına mindirib üstümə yaş adyal atdılar. Yolboyu saxlayıb məni döyürdülər, yaramı sıxıb işgəncə verdilər. Huşumu itirdim, ayılanda gördüm ki, xəstəxanadayam".

A.Musayev deyir ki, xəstəxanada gecə boynuna maye töküb yandırıblar: "Ya qaynar su idi, ya da yandırıcı maddə. Bədənim yandı. Həkim 2-3 gündən bir gəlib sarğını dəyişirdi. Yeməyi biabırçı vəziyyətdə atırdılar qarşıma".

A.Musayev deyir ki, 33 gün orada işgəncələrə məruz qalıb: "Orada məni səhv əməliyyat ediblər ki, şikəst qalım. Azad olunandan sonra burada mən yenidən əməliyyat olunmuşam. Ermənilər məğlub olmaqlarını qəbul edə bilmirdilər. Bizə işgəncə verib, qisas almaq istəyirdilər. 33 gündən sonra gözlərimi bağlayıb aeroporta gətirib təyyarəyə mindirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti