...

Bakıda əsas magistralda sürət endirildi

Gündəm Materials 5 Fevral 2021 08:57 (UTC +04:00)
Bakıda əsas magistralda sürət endirildi

Bakı. Samir Əli - Trend:

Bakıda əsas magistralda sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, gecədən başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Biıgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyyatlı olmalarını, meterioloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti