Bakı. Ceyhun Ələkbərov - Trend:
Media nümayəndələri Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfər ediblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Raket və Artilleriya Qoşunlarının N saylı artilleriya hərbi hissəsinin bölmələrinə həyacan siqnalı verilib.
Həyəcan siqnalı ilə qaldırılan bölmələrin hərtərəfli döyüş hazırlığı, qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirmək bacarıqları və manevr imkanları praktiki nümayiş etdirilib.