...

Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət

Gündəm Materials 24 Fevral 2021 12:52 (UTC +04:00)
Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluğun Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi və həbslərin olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, icra hakimiyyətində heç bir əməliyyat keçirilməyib: "Bu yanlış xəbərdir. Bir neçə ay bundan əvvəl yayılmış əsassız informasiyanı yenidən məqsədli şəkildə tirajlayıblar. İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib, məlumat tam yanlışdır".

Xatırladaq ki, bəzi saytlar dünən Abşeron rayon İcra Hakimiyyətində prokurorluq tərəfindən əməliyyat tədbiri keçirilməsi və bir neçə vəzifəli şəxsin həbs olunması barədə məlumatlar yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti