...

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 24 Fevral 2021 21:53 (UTC +04:00)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

Bakı. İlhamə İsabalayeva - Trend:

Şaxtalı hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı və diqqətli olmağa çağırırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun mətbuat katibi İradə İbrahimova bu gün gecə və səhər ölkə ərazisində şaxtalı havanın davam edəcəyini, yolların buz bağlayacağını nəzərə alaraq əhaliyə maksimum dərəcədə ehtiyatlı olmağı tövsiyə edib.

"İndiki saatlarda paytaxtda və Abşeron yarımadasında 5 dərəcəyədək şaxta müşahidə olunur, temperaturun 9 dərəcəyədək enəcəyi gözlənilir. Odur ki, gecə və səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar.

Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti