...

Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)

Gündəm Materials 5 Mart 2021 17:10 (UTC +04:00)
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti