...

Tərtərdə toy məclisi aşkarlandı

Gündəm Materials 18 Mart 2021 10:27 (UTC +04:00)
Tərtərdə toy məclisi aşkarlandı

Bakı. Samir Əli - Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub.

Polis əməkdaşları F.Rüstəmovla profilaktiki səpkidə söhbətlər aparıb, ona xəbərdarlıq edilib, məclisin keçirilməsi isə dayandırlıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti