...

Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alınıb (FOTO)

Gündəm Materials 25 Mart 2021 11:24 (UTC +04:00)
Balakəndə yas mərasimləri keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti