...

Ölkədə 30-40 min ovçu var - Zooloq

Gündəm Materials 30 Mart 2021 17:10 (UTC +04:00)
Ölkədə 30-40 min ovçu var - Zooloq

Bakı. İlhamə İsabalayeva – Trend:

Ölkədə 30-40 min ovçu var, birdən-birə bu qədər insana ovla bağlı qadağanın qoyulmasını onların hüquqlarının pozulması kimi qəbul edilər.

Trend-in məlumatına görə, bunu zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Təbiətdəki vəhşi heyvanların ovlanmasının əleyhinə olduğunu açıqlayan E.Əsgərovun sözlərinə görə, ovçuluq fəaliyyəti ölkə qanunvericliyində öz əksini tapıb: "Azərbaycanda təxminən 10 il ərzində quş qripinə görə müəyyən quşların ovuna qadağa qoyulmuşdu, amma buna baxmayaraq, ov etmənin kökü kəsilmədi. Biz yenə də yol kənarlarında həmin quşların ov edilərək satıldığını görürdük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti