...

Yerevanda itkin düşən hərbçilərin yaxınları nazirliyə gedən yolları bağladı

Gündəm Materials 8 Aprel 2021 16:30 (UTC +04:00)
Yerevanda itkin düşən hərbçilərin yaxınları nazirliyə gedən yolları bağladı

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda müharibə vaxtı itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçirib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar Ermənistan Müdafiə Nazirliyinə gedən bütün yolları bağlayıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən hərbi polis cəlb edilib. Aksiya iştirakçıları itkin düşən əsgərlərlə bağlı bu günədək hökumətdən cavab almadıqlarını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti