...

Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)

Gündəm Materials 17 Aprel 2021 12:30 (UTC +04:00)
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ramana ("Ramana" Yeni Yaşayış Massivi) və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömərli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Marşrut 40 mindən artıq əhalisi olan iki qəsəbəni əlaqələndirəcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 manat nəzərdə tutulub.

Marşrut xətti üzrə avtobuslar 19.04.2021-ci il tarixindən istismara başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti