...

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

Gündəm Materials 20 Aprel 2021 19:46 (UTC +04:00)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

Bakı. Ceyhun Ələkbərov -Trend:

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı aprelin 20-si üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti