...

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Gündəm Materials 16 May 2021 17:44 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub.

Trend-in məlumatına görə, bütövlükdə 1988-ci ildən 2021-ci ilin mart ayının sonunadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8805 nəfər qeydiyyata götürülüb (8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi). İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2021-ci ilin I rübü ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 mart tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil etmişdir ki, onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti