...

Azərbaycanda lisey və gimnaziyalara yeni qəbul qaydaları açıqlandı

Gündəm Materials 25 May 2021 15:40 (UTC +04:00)
Azərbaycanda lisey və gimnaziyalara yeni qəbul qaydaları açıqlandı

Bakı. Samir Əli - Trend:

Mərkəzləşdirilmiş qaydada qəbul aparan lisey və gimnaziyaların sayı pilot layihə olaraq seçilib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, həmin lisey və gimnaziyaların sayı 15-dir: "Hər il həmin lisey və gimnaziyalara böyük müraciətlər olur. Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib. Artıq şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər. İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək, bir növ ali məktəblərə qəbul imtahanı kimi. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti