Bakı. Trend:
Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın "Ermənistan" və "Mənim şərəfim var" seçki öncəsi bloklarının və "Zartonk" partiyasının parlament seçkilərinin nəticələrinin etibarsız qəbul edilməsi ilə bağlı vəsatətləri rədd edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclas zamanı qəbul edib.
Qeyd olunub ki, seçkilər yalnız qanun pozuntularının mövcudluğu bütün seçki prosesinə və son nəticələrə təsir göstərdiyi təqdirdə etibarsız hesab edilə bilər: "MSK bu cür məlumatları qeydə almadı, bu da o deməkdir ki, biz seçkiləri etibarsız hesab edə bilməyəcəyik"