...

Dini Komitədə koronavirusdan ölən Aparat rəhbərinin vəzifəsi bu şəxsə həvalə edilib

Gündəm Materials 13 Sentyabr 2021 13:04 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.

Trend-in məlumatına görə, bununla bağlı komitə sədri Mübariz Qurbanlı əmr imzalayıb.

A.Cavadov Komitənin ümumi şöbəsinin müdiridir.

Komitədən bildirilib ki, A.Cavadov Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov xəstəliyi ilə bağlı işə gələ bilmədiyi vaxtdan etibarən aparat rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov koronavirusdan vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti