...

Ötən həftə 30 mina aşkarlanıb - ANAMA

Gündəm Materials 11 Oktyabr 2021 14:21 (UTC +04:00)
Ötən həftə 30 mina aşkarlanıb - ANAMA

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

18,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti