...

Nyu-Yorkun “Times” meydanında Azərbaycanla bağlı bilbord nümayiş etdirilib (FOTO)

Gündəm Materials 10 Noyabr 2021 11:17 (UTC +04:00)
Nyu-Yorkun “Times” meydanında Azərbaycanla bağlı bilbord nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr - Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin dəstəyi ilə reallaşan aksiya şəhərin məşhur “Times” meydanında baş tutub. Meydandakı binalardan biri üzərində Azərbaycan bayrağı rəngində “8 November. #KarabakhisAzerbaijan #Zafar” yazılmış bilbord bir saat ərzində nümayiş etdirilib.

Aksiyanı izləyənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da olub. Məlumatlandırma aksiyası bütün həftə boyu davam edəcək.

Aksiya 300 mindən çox izləyicisi olan "New York - Times Square" “Facebook” səhifəsində canlı yayımlanıb (https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1199227560569562).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti