...

Serj Sarkisyana yaşadığı yerdən kənara çıxmamaq qadağası qoyulub

Gündəm Materials 22 Noyabr 2021 22:30 (UTC +04:00)
Serj Sarkisyana yaşadığı yerdən kənara çıxmamaq qadağası qoyulub

Bakı. Trend:

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-prezident Serj Sarkisyana qarşı ittiham irəli sürüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində qurumun mətbuat katibi Mariam Ohancanyan bildirib.

M.Ohancanyan deyib: "Korrupsiyaya qarşı mübarizə komitəsinin araşdırdığı iş çərçivəsində Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti