...

İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi

Gündəm Materials 1 Dekabr 2021 11:33 (UTC +04:00)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi

Bakı. Samir Əli - Trend:

Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə 2 nəfər Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

O bildirib ki, bununla yanaşı cəzadan azad edilənlərdən 92-i qadın, 566-sı kişi, 47-i 60 yaşdan yuxarı məhkumlardır.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti