...

Ordunun 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib - Anar Eyvazov

Gündəm Materials 29 Dekabr 2021 16:25 (UTC +04:00)
Ordunun 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib - Anar Eyvazov

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.

"Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiyası şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib", - deyə A.Eyvazov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti