...

Quru Qoşunların Komandanı hərbi hissələri ziyarət edib (FOTO)

Gündəm Materials 31 Dekabr 2021 16:21 (UTC +04:00)
Quru Qoşunların Komandanı hərbi hissələri ziyarət edib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev bayramlar münasibətilə Komandanlığın tabeliyindəki hərbi hissələrdə olub.

Müdafiə Nazirlyindən Trend-ə verilən məlumata görə, nazir müavini şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə maraqlanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

General-leytenant Ə.Əfəndiyev xüsusilə bayram günlərində ayıq-sayıqlığın artırılması, döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və hərbi xidmətdə fərqlənənlər təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti