...

Füzulidə ermənilərin atıb qaçdığı 20-yə yaxın raket aşkarlandı (FOTO)

Gündəm Materials 3 Fevral 2022 22:29 (UTC +04:00)
Füzulidə ermənilərin atıb qaçdığı 20-yə yaxın raket aşkarlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində raketlər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdı.

Qeyd edək ki, İşğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti