...

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Milix Yevdayev

Gündəm Materials 22 Fevral 2022 15:02 (UTC +04:00)
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Milix Yevdayev

Bakı. Elçin Mehdiyev - Trend:

Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Trend-in məlumatına görə, bunu Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

"Mənfur düşmənlərimiz sevginin mahiyyətini itiriblər. Onlar uşaqlara, qadınlara aman verməyiblər", - İcma sədri deyib.

O qeyd edib ki, Azərbaycanda ordu ilə xalqın birliyi dəmir yumruğu yaratdı və o dəmir yumruq sayəsində göstərdik ki, Azərbaycan xalqının kükrəməsi necə olur.

“Biz yəhudilər Azərbaycandan uzaq düşməmişik, biz Azərbaycanı doğma Vətən bilmişik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti