Tərtər. Trend:
ANAMA-nın sifarişi ilə işğaldan azad olunmuş ərazilərdə dronlar vasitəsi ilə qeyri-texniki tədqiqat həyata keçiririk.
Bunu Trend-ə açıqlamasında Böyük Britaniyanın RPS Energy Ltd. şirkətinin nümayəndəsi Dave Houghton deyib.
O qeyd edib ki, tədqiqat zamanı dronlar ilə toplanılan məlumatlar süni intellekt vasitəsi ilə emal olunur.
"Süni intellekt məlumatları emal edərkən 1 saniyə ərzində 1kv metr ərazini təhlil edir. Bu işin həyata keçirilməsi üçün bir insana 1 gün, süni intellektə isə cəmi 90 dəqiqə kifayət edir", - deyə o əlavə edib