...

İndiyədək 17200 hektardan artıq ərazi mina və sursatlarından təmizlənib - MN

Gündəm Materials 19 May 2022 18:48 (UTC +04:00)
İndiyədək 17200 hektardan artıq ərazi mina və sursatlarından təmizlənib - MN

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti