...

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi verəcək

Gündəm Materials 8 İyun 2022 03:26 (UTC +04:00)
Dünya Bankı Ukraynaya 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi verəcək

Bakı. Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası Ukrayna hakimiyyətinə 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi göstərməyi qərara alıb.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankından bildiriblər.

Bu məbləğ Dünya Bankının Kiyevə göndərmək niyyətində olduğu 4 milyard dollarlıq yardım paketinin bir hissəsidir. Bu vəsaitlərə Böyük Britaniya, Niderland, Litva, Latviya və bir sıra digər ölkələrin verdiyi kredit zəmanətləri daxildir.

DB hesab edir ki, vəsaitlər, xüsusən, “dövlət qulluqçularının və sosial işçilərin maaşlarının ödənilməsinə” yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti