Bakı. Trend:
ABŞ Qarabağda minaların təmizlənməsinə kömək göstərəcəyini elan edib və mən ümid edirəm ki, biz daha çox iş görə biləcəyik, çünki bu işə böyük ehtiyac var.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
O, məcburi köçkünlərin doğma yurdlarına qayıda bilməsi üçün minaların təmizlənməsinin vacibliyini vurğulayıb.
"İnsanların öz doğma yurdlarına qayıda bilməsi üçün şəraitin yaradılması yekun hədəfdir", - səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)