...

Azərbaycanda 29 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Gündəm Materials 1 İyul 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 302 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 383 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 2 653, hazırkı dövrədək isə 6 966 738 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti