...

Kamazla polisdən qaçmağa çalışdı, həbs olundu (FOTO/VİDEO)

Gündəm Materials 9 Avqust 2022 10:25 (UTC +04:00)
Kamazla polisdən qaçmağa çalışdı, həbs olundu (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşını sürücüsü saxlanılaraq həbs edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarsəindən bildirilib

Avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “Kamaz” markalı yük maşını ilə stasionar postda yol polisinin “saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti