...

Snayperlərimiz hədəflərin sərrast atəşlə məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər (FOTO)

Gündəm Materials 23 Avqust 2022 11:16 (UTC +04:00)
Snayperlərimiz hədəflərin sərrast atəşlə məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər (FOTO)

Bakı. Trend:

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti