...

Qubadlıda mina partlayıb, xəsarət alan var

Gündəm Materials 30 Avqust 2022 10:59 (UTC +04:00)
Qubadlıda mina partlayıb, xəsarət alan var

Bakı. Trend:

Qubadlıda mina partlayışı olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

"Partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası Dina ləqəbli minaaxtaran it tələf olub.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti