...

Şərqşünas alimin məqaləsi beynəlxalq bazalara daxil olan jurnalda dərc edilib

Gündəm Materials 8 Sentyabr 2022 16:43 (UTC +04:00)
Şərqşünas alimin məqaləsi beynəlxalq bazalara daxil olan jurnalda dərc edilib

Bakı. Trend:

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Misir ədəbiyyatında mühacirlər mövzusunu yaradan tarixi amillər” adlı məqaləsi Rusiyanın “Voprosı istorii” jurnalında dərc edilib.

Bu barədə Trend-ə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə bu gün bütün dünyada aktual problemə çevrilmiş mühacirlər probleminə, onu doğuran ictimai-siyasi, iqtisadi və digər amillərə toxunulub. Xüsusən ərəb Şərqində bu proses son statistik məlumatlar əsasında izlənilərək, bunun fonunda müasir Misir ədəbiyyatında problemin filoloji prizmalardan işıqlandırılması araşdırılıb.

Qeyd edək ki, sözügedən nəşr “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti