...

Ermənilər Qarabağda nəinki dini obyektləri dağıdıblar, həm də insanların dini hisslərini təhqir ediblər - Damir Muxetdinov

Gündəm Materials 20 Dekabr 2022 14:15 (UTC +04:00)
Ermənilər Qarabağda nəinki dini obyektləri dağıdıblar, həm də insanların dini hisslərini təhqir ediblər - Damir Muxetdinov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Qarabağda təkcə dini obyektləri, abidələri dağıtmayıblar, onlar həm də insanların dini hisslərini təhqir ediblər.

Bunu bu gün Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutu və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri "Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” beynəlxalq forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

“Bu məsələ ilə bağlı biz müfti Şeyx Ravil Qaynutdinin rəhbərlik etdiyi Rusiya Müsəlmanları Ruhani İdarəsi ilə birlikdə dəfələrlə çıxış edərək, dinindən, milliyətindən asılı olmayaraq, bu cür vandalizm əməllərini pisləmişik. Məbədlərin dağıdılması və vandalizm aktları qəbuledilməzdir. Təəssüflər olsun ki, son illər, xüsusən də son günlər çox eşitmişik ki, Qarabağ işğaldan azad olunandan sonra aşkar edilən abidələr nəinki dağıdılıb, hətta təhqiramiz şəkildə donuz saxlamaq üçün istifadə olunub. Yəni vəzifələri təkcə məhv etmək deyil, həm də insanların dini hisslərinə ağır şəkildə toxunaraq onları təhqir etmək olub", - deyə D.Muxetdinov bildirib.

Onun sözlərinə görə, haradasa hərbi əməliyyatlar gedirsə belə, abidələr qorunub saxlanılmalı, onlara hörmət olmalıdır.

"Orta əsrlərdəki işğallar zamanı belə vandalizm, dindarların aşağılanması cəhdləri olmayıb. Bu, yolverilməzdir və bütün dünya ictimaiyyəti tərəfindən buna "dur!" deyilməlidir. Bu günün əsas vəzifəsi abidələri ilkin görünüşünə qaytarmaqdır. Hazırda həm xristian, həm də müsəlman məbədlərinin bərpası prosesi gedir”, - deyə D.Muxetdinov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti