...

Qırğızıstan diaspor fəaliyyətinin inkişafı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir - Kanıbek Osmonaliyev

Gündəm Materials 21 Dekabr 2022 15:35 (UTC +04:00)
Qırğızıstan diaspor fəaliyyətinin inkişafı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir - Kanıbek Osmonaliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Qırğızıstan diaspor fəaliyyətinin inkişafı sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir.

Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev Şuşada keçirilən Bakı-Şuşa Beynəlxalq Forumunun ikinci günündə çıxışı zamanı deyib.

"Bizim diasporumuz əsasən Mərkəzi Asiya ölkələrində, Çin və Türkiyədə yerləşir. Biz diaspor fəaliyyətinin inkişaf etdirilməsi məsələsini aktual hesab edirik və bu məsələdə Azərbaycan tərəfinin təcrübəsini öyrənmək niyyətindəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti