...

ABŞ-da qar fırtınası nəticəsində 9 nəfər həlak olub

Gündəm Materials 24 Dekabr 2022 08:42 (UTC +04:00)
ABŞ-da qar fırtınası nəticəsində 9 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-da qar fırtınası nəticəsində azı 9 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "СNN" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, əsasən əlverişsiz hava şəraiti nəticəsində baş verən yol qəzaları nəticəsində ölüm faktları Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb.

Bu həftə ABŞ-ın böyük bir hissəsi soyuq hava, güclü külək və qar yağışı şəklində əlverişsiz hava şəraitinə məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti