...

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası təqdim ediləcək (FOTO)

Gündəm Materials 18 Yanvar 2023 15:22 (UTC +04:00)
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası təqdim ediləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan, xalqımızın qəhrəmanlıq salnaməsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu münasibətlə yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası təqdim ediləcək.

İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları ifa edəcəklər.

Tamaşa yanvar ayının 20-də saat 16:00-da nümayiş etdiriləcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti