...

BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 18 Yanvar 2023 16:10 (UTC +04:00)
BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, hazırkı saatlarda isə növbəti dəfə BQXK-yə məxsus 4 minik və bir yük avtomobilin yenidən Laçın yolundan maneəsiz geri qayıtması üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti