...

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, bir nəfər həlak olub, hücum edən şəxs saxlanılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 27 Yanvar 2023 10:19 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, bir nəfər həlak olub, hücum edən şəxs saxlanılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Trend-in məlumatına görə, silahlı hücum zamanı bir nəfər həlak olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hücumun dəf edilməsi zamanı həlak olan şəxs Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovdur.

Hücum edən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti